Futbol əfsanəsi Leo Messi açıqlamasında uşaqlıqda "River Pleyt" klubuna keçməsinin niyə mümkün olmadığını izah edib.

Offsideplus.az xəbər verir ki, o, adıçəkilən klubda sınaq keçdiyini etiraf edib: “Barça"ya qoşulmadan əvvəl "River"də sınaqdan keçmişdim. Təxminən 10 gün məşq etdim və sonra "Nyuells Old Boyz"a geri döndüm.

Messi bildirdi ki, "River" onun bütün xərclərini ödəməyə hazır idi: "Onlar mənə demişdi ki, məni istəyirlər, bütün qayğıları üzərlərinə götürəcəklər və klubun yataqxanasında qalacağam. Amma dedikləri yeganə şey, transfer kartımla bağlı heç nə edə bilməyəcəkləri idi. "River"ə qoşula bilmək üçün onu "Nyuells"dən almaq lazım idi. Transfer kartımı istəyəndə isə onu vermədilər. Bu, çox çətin idi. Beləcə River ilə hər şey kəsildi.

O, daha sonra "Barcelona"nın ortaya çıxdığını qeyd etdi:"Bu, heç birimizin planlaşdırmadığı bir şey idi.”

Leo, həmçinin, qeyd edib ki, o zaman 11–12 yaşında olub və heç bir klub onun üçün keçid haqqı ödəməmişdi:
“Heç bir komanda mənim üçün transfer haqqı ödəməmişdi. 11 yaşında bir uşağın hüquqlarını almaq hər hansı bir klub üçün çox qəribə olardı.”