"Liverpul" Maykl Oliseni heyətinə cəlb etməkdə qərarlıdır.

Offsideplus.az xəbər verir ki, Mersisayd təmsilçisi onun üçün 200 milyon avro ödəməyə hazırdır.

Bu barədə "Fichajes" portalı məlumat yayıb.

Fransalı bu məbləğə transfer olarsa, futbol tarixinin ən bahalı ikinci transfer olacaq.

Rekord 2017-ci ildə "Barselona"dan PSJ-yə keçən Neymardadır. O, 222 milyon avroya Paris klubuna qoşulub.

Olise 2024-cü ildən "Bayern Münhen"də çıxış edir. O, burada 72 oyunda 27 qol vurub və 30 məhsuldar ötürməyə imza atıb.

Onun Münhen klubu ilə 2029-cu ilin yayına qədər müqaviləsi var.