"Real Madrid"in hücumçusu Kilian Mbappe iki gün əvvəl "Vilyarreal" matçın sonlarında zədələnmişdi.
Offsideplus.az xəbər verir ki, onun sağ topuğunda problem var.
Buna baxmayaraq 26 yaşlı futbolçu Fransa yığmasına düşərgəsinə qoşulmaq istəyir.
Bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
"Real Madrid" isə onun İspaniyada qalmağını və zədəsini sağaltmağını tələb edir.
Qeyd edək ki, Fransa milli komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Azərbaycan, 13-də isə İslandiya ilə üz-üzə gələcək.



