Yeni mövsümə Türkiyənin Ərzurum şəhərində hazırlaşan “Araz-Naxçıvan” növbəti yoxlama matçını keçirib.

Offsideplus.az xəbər verir ki, Elmar Baxşıyevin yetirmələri Türkiyə Superliqa təmsilçisi “Konyaspor”la üz-üzə gəliblər.

Qarşılaşma "Konyaspor"un 2:1 qələbəsi ilə nəticələnib.

"Araz-Naxçıvan"ın yeganə qolunu ikinci hissədə Ramon Maçado vurub.

"Qırmızı-ağlar" iyulun 17-də qardaş ölkənin nəhəng klublarından sayılan "Trabzonspor"la qarşılaşacaq.

Qeyd edək ki, “Araz Naxçıvan” Türkiyədəki təlim-məşq toplanışında bundan öncə 2 yoxlama görüşü keçirmişdi. Türkiyənin aşağı liqa klubu “Bayburtspor”a 14:0 hesabı ilə qalib gələn Naxçıvan komandası "Alanyaspor"la "sülh" bağlamışdı - 0:0.