"Zenit"in idman inkişafı üzrə baş direktor müavini Andrey Arşavin, kolumbiyalı hücumçu Con Duranın Sankt-Peterburq klubundakı uğursuz çıxışı barədə sərt danışıb.
Offsideplus.az xarici KİV-ə istinadən xəbər verir ki, Arşavin fevral ayında "Əl-Nəsr"dən icarəyə götürülən və meydana çıxdığı 9 matçda cəmi 2 qol vuran futbolçunun oyununu təsvir etməyə söz tapmadığını bildirib:
"Bunu heç kim təsvir edə bilmir. Məncə, o, oynamaq istəyirdi, amma elə alındı ki, bacarmadı. Kimlərsə onu mövsümün uğursuzlarından ibarət rəmzi komandaya daxil edib, hələ orada kapitan da seçmişdilər (gülür). Onun meydanda etdikləri futbola çox az bənzəyirdi".


