İtaliya milli komandasının baş məşqçisi Luçano Spallettinin vəzifəsi təhlükə altındadır.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis növbəti həftə İtaliya Futbol Federasiyasının prezidenti ilə görüşəcək. Onun gələcəyinə bundan sonra qərar veriləcək. 

Onlar Dünya Çempionatı öncəsi baş məşqçi dəyişikliyinə gedə bilər.

İtaliya yığması son olaraq iki gün öncə DÇ-nın seçmə mərhələsində Norveçə 0:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, "skuadra adzurra" son 2 mundialda iştirak edə bilməyib.