Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand hazırda dünyanın ən yaxşı futbolçusunun adını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, təcrübəli futbol funksioneri “Barselona”nın gənc ulduzu Lamin Yamalı zirvəyə layiq görüb:

Hazırda dünyanın ən yaxşı oyunçusu Lamin Yamaldır. Bu oğlanı izləmək zövq verir. Elə bil 28 yaşlı futbolçunun yetkinliyinə malikdir, amma cəmi 17 yaşı var. Bu, ağlasığmazdır. Ən vacib anlarda belə, sanki təzyiq hiss etmir. “İnter”Çempionlar Liqasının yarımfinalında onu canlı izlədim. Ən yaxşı yerdə oturmuşdum – birbaşa onun oynadığı zonada. Həmin 45 dəqiqə son illərdə gördüyüm ən təsirli çıxışlardan biri idi”.

Qeyd edək ki, Lamin Yamal bu mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 54 oyuna çıxıb, 18 qol vurub 25 məhsuldar ötürmə verib.