Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov şərəfini qoruduğu "Radomyak"ın heyətində bu gün 5-ci matçına çıxıb.
Offsideplus.az xəbər verir ki, 25 yaşlı futbolçu Polşa Ekstraklasasının XXVII turu çərçivəsində "Zaqlebye"yə qarşı forma geyinib.
Həmyerlimiz autsayderlə oyunda start heyətdə yer alıb. Yığmamızın digər üzvü Rahil Məmmədovun adı isə heç protokola düşməyib.
"Radomyak" gözlənilmədən minimal hesabla uduzb. Bu, 2 ay öncə Radom təmsilçisinə keçən R.Dadaşovun ilk məğlubiyyyəi olub. Buna qədər hücumçumuz 2 qol vuraraq, 3 qələbə və 1 heç-heçəyə şahid olmuşdu.
Ekstraklasa, XXVII
"Radomyak" - "Zablebye" 0:1 (ikinci hissə)
Orlikovski, 30
*** İkinci hissənin ortalarında oyun güclü qar səbəbindən yarımçıq dayandırılıb. Matçın nə zaman bərpa olunacağı məlum deyil.
*** Radom şəhərində havanın temperaturu müsbət 6 dərəcədir. Buna baxmayaraq, qarşılaşmanın fasiləsində başlanan qəfil qar sonradan güclənib və baş hakim futbolçuları paltardəyişmə otağına yollayıb.
*** Oyun təxminən yarım saatlıq fasilədən sonra bərpa edilib. "Zaqlebye" dərhal qol vursa da, VAR-a baxan hakimlər offsayd qərarı veriblər.
*** 82-ci dəqiqədə Renat Dadaşov əvəzlənib