Rusiya futbol yığması ardıcıl 8 oyunda ümumi 44:0 hesablı qələbə qazanıb.

Offsideplus.az xəbər verir ki, şimal qonşularımız bu uğura Avropa, Asiya, Afrika və Amerika qitəsinin təmsilçiləri ilə görüşlərdə nail olublar.

Valeri Karpinin yetirmələri Suriya (4:0), Bruney (11:0), Vyetnam (3:0), Belarus (4:0), Serbiya (4:0), Kuba (8:0), Qrenada (5:0) və Zambiya (5:0) komandalarına qalib gəliblər.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı müharibə aparması ucbatından bu ölkənin klub və yığma səviyyəsındə bütün komandalarının  beynəlxalq yarışlarda iştirakına qadağa qoyulub.