İspaniya La Liqasında 27-ci turdan təxirə salınmış "Barselona" - "Osasuna" matçı bu gün baş tutub.
Offsideplus.az xəbər verir ki, meydan sahiblərini rəqibi 3 cavabsız topla və əliboş qaytarıb. Ferran Torres 11-ci, Dani Olmo isə 21-ci dəqiqədə (penalti) fərqlənib. 68-ci dəqiqədə meydana daxil olan Robert Levandovski bundan 9 dəqiqə sonra başla əla qol müəllifi olub. Polşalı hücumçu La Liqada cari mövsüm vurduğu qolların sayını 23-ə çatdırıb və bombardirlik yarışında liderdir.
Beləliklə, "Barselona" 63 xalla turnir cədvəlində liderliyini davam etdirir.
Oyunda vurulan qolları təqdim edirik: