Mahir Emrelinin Millətlər Liqasının 4-cü turunda Slovakiyaya qarşı keçirdiyi matçda (1:3) “qırmızı” alması Almaniya mətbuatında maraqlı müzakirəyə səbəb olub. 

Offsideplus.az xəbər verir ki, məqaləni "Bild" nəşri yayıb. Forvard haqda belə yazılıb:

"Mahir Emreli 70-ci dəqiqədə çox axmaq qayda pozuntusu etdi və ikinci sarı vərəqənin ardından “qırmızı” aldı. Onun meydandan qovulmasından sonra Azərbaycanın çıxışı zəiflədi və matç meydan sahiblərinin məğlubiyyətiylə nəticələndi. Halbuki milli komanda həmin hadisəyə qədər rəqibinə qarşı bərabərsəviyyəli oyun sərgiləyirdi və hesab 1:1 idi. “Nürnberq” oktyabrın 20-də “Fürt”ün qonağı olacaq. Görünür, Miroslav Klozenin sərəncamında ideal mərkəz hücumçusu yoxdu. Halbuki azarkeşlər Mahirin potensialına çox ümid edir".