"Everton"un futbolçusu Teo Uolkott 2007-ci ildə məşhur "Harry Potter" filmində epizodik rola dəvət aldığını bildirib.
Offsideplus.az xəbər verir ki, ingilis futbolçu vaxtının məhdud olması səbəbindən buna imkan tapmadığını qeyd edib.
"Dayım Devid Yets filmin rejissoru idi. Məni rollardan birində çəkmək istəyirdi. Amma çəkilişlərdə iştirak etmək üçün vaxtım yox idi. Dayım istəyirdi ki, kviddiç oyunundakı epizodda oyunçulardan biri olum. Maraqlı təklif olsa da, vaxtım az idi. Həyat yoldaşım Mel filmdə çəkilib. Atam, anam və qardaşım da filmdə rol almışdı".
goal.az