"Kəpəz" klubunun baş məşqçisi Azər Məmmədov postundan ayrılıb.
Offsideplus.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Ötən gün "Kəpəz"in Misli Premyer Liqasının 12-ci turunda "Qarabağ"a 1:7 hesabı ilə məğlubiyyətindən sonra A.Məmmədov istefa vermək barədə düşündüyünü bildirmişdi.
Qeyd edək ki, Azər Məmmədov 2023/24 mövsümünün əvvəlindən "Kəpəz"ə baş məşqçilik edirdi.