Almaniyada 2017-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, Almaniya Futbol İttifaqının saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, "Bavariya"nın yarımmüdafiəçisi Coşua Kimmix ötən ilin ən yaxşı oyunçusu seçilib. O, 45.3 faiz səs toplayıb. Yulian Draksler (PSJ, 37.8 faiz) ikinci, Mark-Andre Stegen ("Barselona", 4.7 faiz) üçüncü olub.
Qeyd edək ki, sorğuda 52 min 761 insan iştirak edib.