"Qəbələ"nin UEFA Konfrans Liqasındakı uğursuz çıxışı, eləcə də Azərbaycan Premyer Liqasında mövsümə bərbad start klub rəhbərliyini narazı salıb.
Offsideplus.az-ın əldə etdiyi məlumata görə, "qırmızı-qaralar" artıq baş məşqçi Elmar Baxşıyevlə yolları ayırmaq haqda düşünür.
Geridə qalan 3 turda məğlub olan "Qəbələ" hazırda turnir cədvəlinin sonuncusudur.
Bu səbəbdən artıq klub daxilində baş məşqçiyə qarşı etirazlar başlayıb. 43 yaşlı mütəxəssisin postundan göndərilmə ehtimalı var.
Bildirək ki, Baxşıyev 2020-ci ildən əyalət təmsilçisinin "sükanı arxasındadır".
O0ffsideplus.az