Moskvanın "Spartak" futbol klubunun futbolçusu Aleksandr Səmədov Rusiya yığmasındakı karyerasını başa vurub.
Offsideplus.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi qərarını dünya çempionatında Xorvatiyaya penaltilər seriyasında uduzduqları 1/4 final matçından sonra açıqlayıb. O bildirib ki, artıq yığmadan getmək vaxtıdır. Səmədovun fikrincə, millinin onurğa sütununun saxlanılacaq və gələcək yarışlar üçün müəyyən təkan baş verəcək.
Qeyd edək ki, Azərbaycan millisindən aldığı təklifi rədd edən Aleksandr Səmədov 2011-ci ildən Rusiya yığmasında forma geyinib. Sağ cinah yarımmüdafiəçisi 53 oyuna 7 qol vurub.(sportnet.az)