Misli Premyer Liqasının 2-ci turunda "Qəbələ"nin qonağı olan “Şamaxı” itki ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, matçın 10-cu dəqiqəsində qapıçı Əkpər Vəliyev sıradan çıxıb.
21 yaşlı qolkiper oyunu davam etdirə bilməyib. Onun əvəzinə meydana Rəşad Əzizli daxil olub.