Yerli mətbuatda bu yaxınlarda "Səbail"dən ayrılan Əfran İsmayılovun uzun fasilədən sonra yenidən elitaya gətirilən "Turan Tovuz"a keçəcəyi barədə xəbərlər dolaşır.
Fəqət qərblilərin baş məşqçisi Ayxan Abbasov bu gün Offsideplus.az-a verdiyi müsahibəsində 33 yaşlı vingerlə onun mümkün transferi barədə heç bir danışığın olmadığını söylədi.
Məsələ ilə bağlı İsmayılovun özüylə əlaqə saxladıq.
Təcrübəli futbolçu da "Turan Tovuz"a transferi barədə xəbəri təkzib etdi: "Ayxan Abbasovla yaxın münasibətimin olmağına baxmayaraq, öz işlərimlə əlaqədar "Turan Tovuz"a gedə bilmirəm. Ümumiyyətlə, Ayxan Abbasovdan həm futbolçu, həm də məşqçi kimi çox şey öyrənmişəm. Lakin bu kluba getmək fikrim yoxdur".
Əfran ad çəkməsə də, ölkə klublarından birinin onunla danışıqlar apardığını bildirdi: "Hazırda danışıq apardığım klub var, ancaq ad çəkmək istəməzdim. Yaxın vaxtlarda, hər şey konkretləşdikdən sonra bu barədə məlumat verə bilərəm".
Daşqın Əziz