Uzun fasilədən sonra Premyer Liqada çıxış etmək hüququ qazanan "Turan Tovuz" heyətinə yeni futbolçu qatıb.

 Offsideplus.az-ın əldə etdiyi məlumata görə, qərblilər hazırda Latviyanın "Dauqavpils" klubunda forma geyinən Şakir Seyidovla anlaşıb. Tovuz təmsilçisi 21 yaşlı mərkəz yarımmüdafiəçisini icarəyə götürüb.

Müqavilə ilə "Sabah"a məxsus olan Seyidov qarşıdakı 1 il ərzində Ayxan Abbasovun rəhbərlik etdiyi komandada top qovacaq. "Tələbələr"in baş məşqçisi Murad Musayevin planlarında yer almayan gənc futbolçunun "Turan Tovuz"da qazanacağı maaş da məlum olub.

Belə ki, Şakir Seyidov ayına 5000 manat məvacib alacaq. Onun maaşının 60 %-ni "Turan Tovuz", 40 %-ni isə "Sabah" verəcək.

Yekun danışıqlardan sonra hər şey məlum olacaq.

Xatırladaq ki, adıçəkilən oyunçu bu ilin Mart ayında icarə əsasında "Dauqavpils"ə keçib.

Daşqın Əziz