"Mançester Yunayted"in baş məşqçisi David De Xeanın medafiəsinə qalxıb.
Offsideplus.az klubun rəsmi saytına istinadla xəbər verir ki, Ule Qunnar Sulşer komandasının "Leypstiq"ə 2:3 hesablı məğlubiyyətindən sonra təcrübəli qapıçıya dəstək nümayiş etdirib. Norveçli müxtəxəssis bunları deyib: "De Xeanın adı Avropanın ən güclü qapıçıları sırasında yer alıb. O, əvvəl də uğursuz oyunlardan sonra müzakirələrə səbəb olmaqla çox əziyyət çəkib. İstənilən qapıçı qol buraxandan sonra mühakimə olunur. Biz ona inanırıq. Ümid edirik ki, ən qısa zamanda toparlanacaq".
Qeyd edək ki, mançesterlilər "Leyptsiq"ə məğlub olmaqla Çempionlar Liqası ilə vidalaşmışdı.