Qadınlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirəcək.
Offsideplus.az xəbər verir ki, Siyasət Əsgərovun çalışdırdığı komandamız Xomutov şəhərində Çexiya millisi ilə qarşılaşacaq.
Adıçəkilən yığmalar arasında ötən il noyabrın 5-də “Bayıl Arena"dakı görüş rəqibin 4:0 hesabıyla qələbəsiylə nəticələnib. Xalsız və qrup autsayderi olan millimiz bu oyunda uğursuz gedişata son qoymaq üçün çalışacaq.
AÇ-2021-in seçmə mərhələsi
D qrupu
27 oktyabr
20:00. Çexiya - Azərbaycan
Hakimlər: EŞTER URBAN, Xudit Kulçşar, Katalin Török (hamısı Macarıstan), Volqa Tsiareşka (Belarus).
İspaniya – 13, Polşa – 11, Çexiya – 10, Moldova – 3, Azərbaycan – 0.