"Karantin dövrü sıxıcı keçir. Hər kəs kimi mən də, qoyulan tələb və qanunlara əməl edirəm"
Bu sözləri "Sabah" klubunun və 21 yaşlılardan ibarət milli komandamızın futbolçusu Şakir Seyidov Offsideplus.az-a açıqlamasında deyib.
19 yaşlı futbolçu karantin dövründə də məşqləri axsatmadığını bildirib:
"Karantin vaxtı boş qalmırdım. Evdə asudə vaxtlarımda davamlı şəkildə məşqlərimi edirdim ki, formadan düşməyim. Məşqlər normal gedir"
Seyidov Premyer Liqamızın bərpası ilə bağlı da fikirlərini bölüşüb:
"Çempionatla bağlı nə qərar verilsə, ona razı olacağıq"