Qadınlardan ibarət futbol üzrə Azərbaycan milli komandasının üzvü Mislina Gözükara AVRO-2021-nin seçmə mərhələsində Polşa yığmasına 0:5 hesablı ev məğlubiyyətini şərh edib.
Offsideplus.az xəbər verir ki, hücumçu yığmanın yeni qurulmasının nəticələrinə təsir etdiyini bildirib:
"Nəticə göz önündədir. İllərdir bir yerdə oynayan bir komandaya qarşı mübarizə apardıq. Yeni komandamız var, gələcəkdə hər şey yaxşı olacaq. İlk hissədə normal mübarizə apardıq, amma sonda hər şeyi əldən verdik. Bu, təcrübəmizin olmaması ilə əlaqədardır”.