Daha bir futbolçu mövsüm başa çatandan sonra "Qarabağ"dan ayrıla bilər.
Offsideplus.az xəbər verir ki, hazırkı vəziyyətdə Qurban Qurbanov Ağabala Ramazanovun xidmətində maraqlı deyil.
Təsadüfi deyil ki, baş məşqçi 25 yaşlı futbolçunu əvəzedici komandaya göndərib. Bu durum isə Ağabalanın ürəyincə deyil. Bu gedişlə milliyə yolu da bağlana bilər. Odur ki, yayda daimi oynaya biləcəyi kluba keçmək futbolçunun özünə da sərfəli olar.
Mənbə: Rekord.az



