Topaz Premyer Liqanın 15-ci turunda “Kəpəz”lə qarşılaşan "Neftçi"nin heyətində ciddi itki baş verib.
Offsideplus.az xəbər verir ki, klubun mətbuat xidmətindən qol.az-a verilən məlumata görə, matçın 74-cü dəqiqəsində rəqib komandanın yarımmüdafiəçisi Dieqo Souza ilə mübarizədə burnu sınan müdafiəçi dünən əməliyyat olunub.
Həkimlər Mirzəbəyovun mart ayının ortalarında meydana qayıda biləcəyini söyləyiblər. O, ən yaxşı halda 15 gün sonra məşqlərə başlaya bilər.
Qeyd edək ki, “Kəpəz”lə oyunda rəqiblə toqquşmadan sonra Mirzəbəyovu İlkin Qırtımov əvəzləmişdi.