"Barselona"nın keçmiş, Niderland millisinin hazırkı baş məşqçisi Xavi niderlandlı yarımmüdafiəçi Frenkie de Yonq barədə diqqətçəkən və sərt bəyanatlarla çıxış edib.
Offsideplus.az xəbər verir ki, Xavi mətbuatın və ictimaiyyətin De Yonqun meydançadakı faktiki rolunu layiqincə qiymətləndirmədiyini bildirib.
Xavinin sözlərinə görə, De Yonqun komanda üçün dəyəri kənardan görünəndən qat-qat böyükdür:
"Bəli, o, qiyməti ən çox azaldılan və haqsız dəyərləndirilən futbolçulardan biridir. Lakin biz məşqçilər və komanda yoldaşları üçün yox — sırf sizin üçün.
Əgər onun komanda yoldaşlarından soruşsanız, deyəcəklər ki, o, ən yaxşı yarımmüdafiəçidir. Hər gün Frenkie de Yonq ilə birlikdə olan insanlara qulaq asın.
Siz hər gün onunla birgə deyilsiniz, onunla məşq etmirsiniz… Siz onu yalnız oyunlarda görürsünüz və çox insan matç zamanı taktiki məqamları anlamır.
Onlar görmürlər ki, bir oyunçu qarşılaşma ərzində nə qədər taktiki problemi həll edir. Görmürlər ki, həmin oyunçu həm müdafiədə, həm də hücumda necə üstünlük yaradır.
Frenkie de Yonq tam və mükəmməl bir futbolçudur!"


