"Barselona" klubunun Xulian Alvarez transferinin baş tutub-tutmayacağı hələ də müzakirə mövzusudur.

Offsideplus.az xəbər verir ki, klub rəhbərliyi "Atletiko Madrid"in hücumçusunu transferini artıq demək olar ki, qeyri-mümkün hesab edir.

Klub prezidenti Xoan Laporta ötən yay transfer pəncərəsində yaşanan gərginliklərdən sonra bu mövzunun tamamilə qapandığını və Alvaresin artıq keçmişdə qaldığını təsdiqləyib. Laporta iki klub arasındakı münasibətlərin normallaşdığını və hər iki tərəfin qarşılıqlı hörmət çərçivəsində irəlilədiyini vurğulayıb.

Barselona prezidenti Xulian Alvaresin "Atletiko"nun futbolçusu olduğunu və bu məsələnin artıq müzakirə olunmadığını açıq şəkildə qeyd edib.

Argentinalı hücumçu yayda baş verən transfer sərgüzəşti və klubdan ayrılmaq istəyi ilə bağlı səsləndirdiyi fikirlərə görə "Atletiko Madrid" azarkeşlərinin bir qisminin sərt tənqidləri və etirazları ilə üzləşməyə davam edir.