Kilian Mbappe La Liqada oktyabr ayının ən yaxşı futbolçusu adına layiq görülüb.
Offsideplus.az xəbər verir ki, "Real Madrid"in hücumçusu bu mükafatı qazanmaq üçün "Barselona"dan Lamin Yamalı, "Real Sosyedad"dan Qonsalu Gedesi, "Atletiko Madrid"dən Alehandro Qrimaldonu və "Elçe"dən Matias Dituronu qabaqlayıb. Oktyabr ayında Mbappe İspaniya çempionatında keçirdiyi 3 oyunda 4 qol vurub və komandası hər üç qarşılaşmada qələbə qazanıb. Fransalı futbolçu sonuncu dəfə bu mükafata ötən ilin oktyabrında sahib çıxmışdı.


