Azərbaycanlı futbolçu Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" klubu Albaniya çempionatında növbəti böyük uğuruna imza ataraq qızıl medallara sahib çıxıb.
Offsideplus.az xəbər verir ki, "Eqnatiya" çempionluq yolundakı son həlledici turda "Tirana" komandası ilə qarşılaşıb. Gərgin keçən görüşdə rəqibini məğlub edən Əliyevin komandası turnir cədvəlinin zirvəsindəki yerini qoruyaraq çempionluğunu rəsmiləşdirib.
Həmyerlimiz Zamiq Əliyev bu kritik qarşılaşmaya komandasının start heyətində başlayıb və matçın 46-cı dəqiqəsində əvəzlənib.
Müdafiə mövqeyində çıxış edən futbolçumuz üçün bu uğur ilk deyil. O, ötən mövsümdə də "Eqnatiya" klubunun heyətində Albaniya çempionluğu sevincini yaşamışdı. Beləliklə, Zamiq Əliyev Albaniya karyerasındakı uğurlu seriyasını davam etdirərək aktivinə növbəti qızıl medalı yazdırıb.


