"Zirə" klubu 5 futbolçusu ilə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, Ceyhun Nuriyev, Stefan Aka, Eldar Quliyev və Leroy Mikelsin paytaxt təmsilçisi ilə başa çatan müqavilə müddəti yenilənməyib.
Bununla yanaşı, Xorvatiyanın "Varajdin" klubundan icarəyə götürülən Rüfət Abdullazadənin də müqavilə müddəti başa çatıb və o, gəlinən razılığa əsasən klubuna geri dönüb.


