İngiltərə futbolunda bu gün hər kəsi dərindən sarsıdan oxunması ən çətin və kədərli xəbərlərdən biri yaşanıb.

Offsideplus.az xəbər verir ki, "Fulhem" klubunun gənc və perspektivli müdafiəçisi Çarli Robinson cəmi 21 yaşında peşəkar futbol karyerasını bitirdiyini rəsmən elan edib.

Gənc futbolçu yaşıl meydanlarla bu qədər erkən yaşda vidalaşmasının səbəbini ağır zədələr layihəsi ilə əlaqələndirib.

Çarli Robinson sosial şəbəkə hesabından etdiyi emosional açıqlamada bu qərarı verməyin onun üçün nə qədər ağır olduğunu vurğulayıb:
"Dizimdə yaşadığım 3 illik ciddi problemlərdən və ölkənin ən yaxşı mütəxəssislərinin rəylərini aldıqdan sonra, böyük bir kədərlə peşəkar futboldan təqaüdə ayrılmaq qərarına gəldim."