Azərbaycanın 3x3 basketbol üzrə kişi və qadınlardan ibarət U-23 milli komandaları ölkə basketbol tarixində ilkə imza atacaqlar.
Offsideplus.az xəbər verir ki, Yığmalarımız ilk dəfə olaraq FIBA 3x3 Gənclər Millətlər Liqası turnirində qüvvəsini sınayacaq.
Komandalarımız Litvanın Vilnüs şəhərində təşkil olunacaq mərhələdə ölkəmizi təmsil edəcəklər. Yarışlar 1-3 iyun tarixlərində baş tutacaq.
Ümumilikdə 6 mərhələdən ibarət olacaq bu nüfuzlu turnirdə seçmə komandalarımız FIBA 3x3 U-23 Dünya Kuboku 2026-ya vəsiqə qazanmaq uğrunda mübarizə aparacaqlar.


