İngiltərənin "Liverpul" klubunun baş məşqçi Arne Slot ilə yollarını ayırmasından sonra Avropanın nəhəng klubları arasında böyük bir məşqçi hərəkətliliyi başlayıb.

Offsideplus.az xəbər verir ki, bu qərar Almaniya çempionu "Bayer Leverkuzen"in gələcək baş məşqçi planlarına da ciddi təsir göstərib.

"Bayer Leverkuzen"in baş məşqçi postu üçün namizədlərindən biri olan Andoni İraolanın "Liverpul"un sükanı arxasına keçəcəyi gözlənilir. Bu yeniliyin ardından Almaniya təmsilçisi ispaniyalı mütəxəssisin adını öz transfer siyahısından çıxarmaq məcburiyyətində qalıb.

Andoni İraola variantının sıradan çıxması ilə "Bayer Leverkuzen" bütün diqqətini "Kristal Pelas"ın baş məşqçisi Oliver Qlasnerə yönəldib. Hazırda klubun bir nömrəli hədəfi avstriyalı mütəxəssisdir. Lakin bu keçiddə Almaniya klubunun ciddi bir rəqibi var – İtaliya nəhəngi "Milan" da Oliver Qlasneri öz heyətinə qatmaq üçün dövrədədir.

"Bayer Leverkuzen" üçün Qlasnerin verəcəyi qərar kritik əhəmiyyət kəsb edir, çünki klubun siyahısında yer alan digər alternativ namizədlər də başqa komandalarla anlaşmaq üzrədir:

  • Filipe Luis: "Monako" klubunun başına keçməyə hazırlaşır.

  • Miçel: Niderland təmsilçisi "Ayaks" ilə müqavilə imzalamaq ərəfəsindədir.

Alternativlərin bir-bir sıradan çıxması "Bayer Leverkuzen" rəhbərliyini Oliver Qlasner transferində daha sürətli addımlar atmağa məcbur edir.