Almaniya futbol yığmasının sabiq üzvü, hazırda "Qurnik"də çıxış edən Lukaş Podolski karyerasını başa vurduğunu açıqlayıb.

Offsideplus.az 2014-cü ilin dünya çempionu karyerasına nəzər salaraq "Təşəkkür edirəm, futbol" sözləri ilə vidalaşıb.

40 yaşlı hücumçu şənbə günü keçiriləcək son liqa oyununda azarkeşlərlə vidalaşacaq.

Karyerası ərzində "Köln", "Bayern Münhen, "Arsenal" və "Qalatasaray" kimi klublarda oynamış Podolski, bu mövsüm Zabje təmsilçisinin 1972-ci ildən bəri ilk dəfə Polşa Kubokunu qazanmasında pay sahibi olub.

Almaniya millisinin əfsanəsi futboldan kənarda dönər evləri, dondurma salonları və geyim brendi ilə böyük biznes imperiyası qurub.

Ulduz futbolçu həmçinin səhmlərinə sahib olduğu "Qurnik Zabje" klubunu tamamilə satın almağa hazırlaşır. Şəhər şurası klubun qalan 86 faiz səhminin də ona satılmasını yekdilliklə təsdiqləyib.