"Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Bruno Fernandes şənbə günü Premyer Liqada mövsümün ən yaxşı futbolçusu seçilib.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı bu mövsüm 20 məhsuldar ötürmə ilə liqa rekorduna şərik olub və eyni zamanda "qırmızı şeytanlar"ın Çempionlar Liqasına vəsiqə qazanaraq 3-cü yeri təmin etməsində böyük pay sahibi olub.
B. Fernandeş "Arsenal"ın çempionluq qazanan triosu – Qabriel, David Raya və Deklan Rays, "Mançester Siti"nin cütlüyü – Erlinq Haaland və Antuan Semenyo, həmçinin "Nottingem Forest"in yarımmüdafiəçisi Morqan Gibbs-Uayt və "Brentford"un hücumçusu İqor Tiaqonu qabaqlayıb.


