Rusiya millisinin, "Zenit" və "Arsenal"ın sabiq ulduzu Andrey Arşavin PSJ-nin qapıçısı Matvey Safonovla ÇSKA-nın qolkiperi İqor Akinfeyevi müqayisə edib.

Offsideplus.az xəbər verir ki, "Eto futbol, brat!" şousunun efirində danışan veteran futbolçu Safonovun hələ ki Akinfeyevi geridə qoya bilmədiyini düşünür.

Aparıcının "Sən son 20 ildə Rusiyanın bir nömrəli futbolçususan. Safonov artıq səni geridə qoyub?" sualına cavab verən Arşavin gənc qapıçının işinin çətin olduğunu bildirib:

"Hələ ki yox. Düzünü desəm, gələcəkdə çoxlu titullar qazansa belə, bunu etmək onun üçün çətin olacaq. Amma təbii ki, şansları var".

Arşavin Safonovun PSJ ilə əsas qapıçı kimi Çempionlar Liqasını qazanacağı təqdirdə belə, Rusiya futbolundakı iyerarxiyada Akinfeyevdən geridə qalacağını vurğulayıb:

"O, turniri qazansa belə, hazırda Rusiya futbolu üçün mənim nəzərimdə İqor Akinfeyev hələ də ondan daha önəmli və əhəmiyyətli fiqurdur".