Xames Rodriqes vaxtilə "Rea Madrid"dən "Mançester Yunayted"ə keçməyə yaxın olduğunu bildirib.
Offsideplus.az xəbər verir ki, kolumbiyalı futbolçu 2017-ci ildə "kral klubu"ndan "Bayern Münhen"ə transfer olunmuşdu.
"Bunu heç kim bilmir, amma "Real Madrid"dən sonra "Mançester Yunayted"lə müqavilə imzalamağa hazırlaşırdım.
Xorxe Mendeş məndən: "Bayern Münhen"ə keçmək istəyirsən?" deyə soruşdu. Cavab verdim ki, "Mən orada harada oynayacam? Orada Riberi var, Robben var"... O isə: "Karlo səni soruşurdu" dedi.
Karlo Ançelotti mənə zəng etdi, mən isə ona: "Düşünürəm ki, MY-ə keçəcəm" dedim. O isə cavabında: "Nə Mançester? Ora ölüb. Sən mənim yanıma gəlməlisən" dedi.
Hesab edirəm ki, "Bayern Münhen"ə keçmək doğru qərar idi", – deyə Xames Rodriqes "Netflix"də yayımlanan sənədli filmdə bildirib.


