Misli Premyer Liqasında sonuncu - XXXIII turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, bu gün Sumqayıtda "Kəpəz" və "Neftçi" üz-üzə gələcək.

Hər iki komandanın turnir cədvəlindəki yeri məlumdur.

"Kəpəz" mövsümü 10-cu, "Neftçi" isə 4-cü yerdə başa vuracaq.


23 may (şənbə)

15:00. “Kəpəz” - “Neftçi”   

Baş hakim: Vüqar Həsənli

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu