Növbəti mövsüm Azərbaycanı 2 klub avrokubokların əsas (Liqa) mərhələsində təmsil edə bilər.

Offsideplus.az xəbər verir ki, bunu "Football Data Meets" portalı proqnozlaşdırıb.

Onların araşdırmalarına görə, bir klubumuz Avropa Liqasının, digəri isə Konfrans Liqasının Liqa mərhələsində mübarizə aparacaq.

Qeyd edək ki, bu daha əvvəl baş verib. 2015/16 və 2016/17 mövsümlərində həm "Qarabağ", həm də "Qəbələ" Avropa Liqasının qrup mərhələsində çıxış edib.