Türkiyə Super Liqasında XXV turu çərçivəsində “Beşiktaş” “Qalatasaray”ı qəbul edib.
Offsideplus.az xəbər verir ki, İstanbul derbisi qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunda yeganə qolu 39-cu dəqiqədə Viktor Osimhen vurub.
Matçın 62-ci dəqiqəsində "Qalatasaray"ın vingeri Leroy Sane dəqiqəsində kobud oyuna görə qırmızı vərəqə alaraq meydandan qovulub.
Qeyd edək ki, hazırda 61 xalı olan “Qalatasaray” turnir cədvəlinə liderlik edir.


