Misli Premyer Liqasında XXIII turun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, "Qarabağ" bu gün "Araz-Naxçıvan"ı qəbul edəcək.
Tərəflər bu mövsüm 3-cü dəfə üz-üzə gələcək.
Ağdam təmsilçisi ilk iki oyunda rəqibinə böyükhesabla qalib gəlib - 5:0, 5:1.
Misli Premyer Liqası, XXIII tur
8 mart (bazar)
19:15. "Qarabağ" – "Araz-Naxçıvan"
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Kərim Zeynalov, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Kamran Bayramov
Tofiq Bəhramov adına Respublika Stadionu


