Misli Premyer Liqasında XXIII turun qarşılaşmaları davam edir.

Offsideplus.az xəbər verir ki, günün ilk oyununda "Şamaxı" "İmişli"ni qəbul edəcək.

Bu komandalar iki tur əvvəl də qarşılaşmışdı və görüşdə hesab açılmamışdı.

"Şamaxı" 26 xalla 8-ci, "İmişli" 21 xalla 9-cu yeri tutur.

Misli Premyer Liqası, XXIII tur

8 mart (bazar)

15:00 "Şamaxı" - "İmişli"

Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Tərlan Talıbzadə, Emin Əliyev

VAR: Tural Qurbanov

AVAR: Asiman Əzizli

Şamaxı şəhər stadionu