“Biz qələbə qazanmaq istəyirdik və bu oyuna ciddi hazırlaşmışdıq”.
Offsideplus.az xəbər verir ki, bu sözləri NTD komandasının baş məşqçisi Tahir Baxşıyev klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis Azərbaycan Basketbol Liqasının 18-ci turunda "Absheron Lions"a qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb:
“Oyunun əvvəli bərabər mübarizə şəraitində keçdi. Dördüncü hissəni isə tamamilə uğursuz keçirdik, xüsusilə müdafiədə zəif oynadıq.
İndi bizi “Şəki”yə qarşı oyun gözləyir. Bu bizim üçün çox vacib matçdır. Psixoloji baxımdan qalib gəlmək çox önəmlidir. Ümumilikdə cəmi iki qələbə qazanmışıq və onların hər ikisi məhz “Şəki” üzərində olub".
Qeyd edək ki, matç 107:88 hesabı ilə “Abşeron Lions” qələbəsi ilə yekunlaşıb.


