Formula 1-də mövsümün ilk yarışı Avstraliyada baş tutub.

Offsideplus.az xəbər verir ki, ötən gün poulu qazanan "Mersedes"in pilotu Corc Rassell yarışda da rəqiblərinə aman verməyib.

İkinci yeri onu komanda yoldaşı Kimi Antonelli tutub.

3-cü və 4-cü yerlər isə "Ferrari" pilotlarının olub. Şarl Lekler yarışın startında Rassellı keçsə də, sonda podiumla kifayətlənməli olub.

Son çempion Lando Norris 5-ci yerə sahib çıxıb.

Yarışa 20-ci sırada başlayan dörd qat dünya çempionu Maks Ferstappen sonda 6-cı yeri tutmağı bacarıb.

Bu mövsümün yeganə debütantı olan Arvid Lindblad ilk yarışındaca xal qazanıb. O, 8-ci yeri tutub.