Futbol üzrə Azərbaycan I Liqasında çıxış edən "Şəfa"nın yeni prezidentinin adı məlum olub.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, klubun yeni prezidenti Kənan Sadıqlı olacaq.
O bu postda Sərdar Salmanzadəni əvəzləyəcək.
Qeyd edək ki, Kənan Sadıqlı hazırda "MyGroup Holding"də vitse-prezident vəzifəsində də fəaliyyət göstərir.


