Azərbaycan Basketbol Liqasında (ABL) XVIII tura bu gün yekun vurulub.
Offsideplus.az xəbər verir ki, günün yeganə qarşılaşmasında "Neftçi" "Gəncə"ni qəbul edib. Sərhədçi İdman Mərkəzində baş tutan oyunda "ağ-qaralar" 76:72 hesablı qələbə qazanıb.
A qrupunda mübarizə aparan "Neftçi"nin aktivində 27 xal, "Gəncə"nin isə 26 xalı var.
ABL, XVIII tur
"Neftçi" - "Gəncə" 76:72 (19:17, 14:20, 22:15, 21:20)
Turun əvvəlki oyunlarında bu nəticələr qeydə alınıb:
"Sumqayıt" - "Quba" 117:116
"Sərhədçi" - "Ordu" 70:67
"Naxçıvan" - "Lənkəran" 104:73
"Sabah" - "Şəki" 102:82
"Abşeron Lions" - NTD 107:88


