“Səfər oyununda “Neftçi” ilə qarşılaşan “Gəncə” 26 xal itirərək qalib gəlmək imkanını əldən verib.
Offsideplus.az xəbər verir ki, oyun sonrası klubun mətbuat xidməti ilə fikirlərini bölüşən “Gəncə”nin baş məşqçisi Halil Atlı bildirib:
"Bu gün çox top itirdik, üstəlik, çox asan şəkildə. Rəqibə 26 xal bağışladıq. Oyuna nəzarətin əlimizdə olduğunu düşünürdüm, amma top itkiləri bizi pis vəziyyətə saldı. Oyunun sonunda bəzi səhvlərimiz də oldu və matça təsir edən qərarlar son nəticəni müəyyənləşdirdi. Qalib gəlmək haqqımız olan görüşü uduzduq. Ona görə çox məyusam. Qarşıdakı oyunlara köklənəcəyik."
Baş məşqçi Halil Atlı, komandasının növbəti matçlara hazırlaşacağını qeyd edib.


