“Barselona” mövsüm sonunda “Mançester Siti”nin futbolçusu Fil Fodeni almağı planlaşdırır.

Offsideplus.az xəbər verir ki, Fil Fodenin müqaviləsinin sonuna bu mövsümün sonunda yalnız bir mövsüm qalacaq.

25 yaşlı yarımmüdafiəçi üçün danışıqlar noyabrdan bəri davam edir, lakin hələlik razılıq əldə olunmayıb.

“Barselona” onu heyətinə qatmaq üçün fürsəti qiymətləndirir və mövsümün sonunda transferi reallaşdırmaq niyyətindədir.