"Araz-Naxçıvan" Misli Premyer Liqasının XXIII turunda "Qarabağ"a böyükhesabla məğlub olub - 0:6.

Offsideplus.az xəbər verir ki, Naxçıvan təmsilçisinin baş məşqçisi Andrey Demçenko görüşdən mətbuat konfransında oyunla bağlı fikirlərini bildirib:

"Hər bir komanda rəqibin verdiyi imkan qədər oynayır. Biz bu gün onları topsuz saxlamaq istəyirdik, hər hansı bir futbolçu pressinq etmədikdə bûtün komandaya təsir edir. Birinci qol qapıçımızın səhvi idi, belə olduqda rəqibə özgüvən veririk.

Mən azarkeşlərimizdən üzr istəyirəm, onlar bu günkü məyusluğa layiq deyillər.

Oyunu 11 nəfər oynayır bu gün bizdə 2 qrup var idi, yarısı istəyirdi, yarısı isə yox. Bizim də  məğlubiyyətdə səhvi var. Belə nəticədən sonra bərpa olmaq çox çətindir. "Qarabağ" kimi komanda Çempionlar Liqasında oynayıb, onlara qarşı oynayanda futbolçular çəkinir və oynamağa qorxurlar.

Biz yenə komandanı toplayıb söhbət edəcəyik və futbolçular cərimələnəcək, bu klub prezidentinin birbaşa göstərişidir".

Ukraynalı mütəxəssis Bakıda oynamanın oyunlarına təsiri barədə isə bunları söyləyib:

"Bir çox klublar Bakıda oynayır. Bizim üçün fərq etmir, sualı anlayıram biz Naxçıvan klubuyuq, dediyim kimi meydanın heç bir fərqi yoxdur".