“Barselona”nın sabiq baş məşqçisi Xavi Hernandez 2023-cü ildə Lionel Messinin kluba mümkün qayıdışı ilə bağlı yeni detalları açıqlayıb.
Offsideplus.az xəbər verir ki, Xavi bildirib ki, 2023-cü ilin yanvarında, Messi Argentina ilə dünya çempionu olduqdan sonra onunla əlaqə saxlayıb və futbolçu “Barselona”ya qayıtmaq ideyasından çox həyəcanlı olduğunu deyib.
Onun sözlərinə görə, klub prezidenti Xoan Laporta artıq Messinin atası ilə müqavilə danışıqlarına başlamışdı və hətta La Liqa da bu transferə yaşıl işıq yandırmışdı.
Hətta, Messi də yenidən “Barselona”ya qayıtmaq istəyirdi. Xavi qeyd edib ki, son anda məhz Laporta qərarını dəyişərək transferdən imtina edib. Prezidentin sözlərinə görə, Messinin qayıdışı komandada maaş balansını poza və yeni maaş müharibəsi yarada bilərdi.
Xavi əlavə edib ki, bundan sonra vəziyyət dəyişib və Messiyə də transferin baş tutmayacağı bildirilib. Bundan sonra argentinalı ulduz danışıqları dayandırıb və telefon zənglərinə cavab verməyi dayandırıb.


